Şirkətin seyfindən pul aparmış şəxs yaxalanıb

"Bakı İstehsalat Tikinti" şirkətindəki seyfdən pul oğurlayan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də "Bakı İstehsalat Tikinti" şirkətindəki xidməti otaqlardan birində olan seyfdən 1200 manat oğurlamış oranın işçisi, Bakı şəhər sakini Elbrus Məmmədov tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31