Avtomobilin vurduğu piyada ölüb

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, oktyabrın 12-də saat 22 radələrində Yevlax rayonunun Aran qəsəbəsində Mingəçevir şəhər sakini Mədət Məmmədzadə idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən həmyerlisi Fariz Əhmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş F.Əhmədov orada ölüb. Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31