Evdən qızıl aparan saxlanıb

Oktyabrın 5-də Gürcüstan vətəndaşı Xədicə Tağıyevanın evindən qızıl boyunbağı oğurlamış şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Sədərək rayon sakini Musa Fətullayev tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31