Yeməkxananın tavanı yanıb
8 Oktyabr 2012 13:32 KriminalGəncə şəhərində, vətəndaşa məxsus yeməkxanada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 40 kv.m olan yeməkxananın tavanı tamamilə yanıb. Yanğından yeməkxananın qalan hissəsi və bitişik ev mühafizə olunub. Həmçinin Balakən rayonu, Kortala kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31