“Evrobank” müflis elan edilməsi barədə məhkəmə qərarından şikayət verib
Şikayətə oktyabrın 15-də baxılacaq
13 Oktyabr 2015 13:48 Kriminal"Eurobank" ASC müflis elan edilməsi barədə məhkəmə qərarında şikayət verib. APA-nın məlumatına görə, bank apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Şikayətə oktyabrın 15-də baxılacaq.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı "Evrobank" ASC-nin "iflas proseduruna başlanması və bankın müflis elan edilməsi" barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə Mərkəzi Bankın iddiasını təmin edib. Həmin qərarla razılaşmayan "Evrobank" isə apellyasiya şikayəti verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31