Təmir sexində sahibsiz “Mersedes” yandı
8 Oktyabr 2012 13:31 KriminalBakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan avtomobil təmir sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, sexin taxta konstruksiyadan ibarət dam örtüyü 30 kv.m sahədə və qarajın içərəsində təmirə dayanmış sahibi məlum olmayan "Mercedes" markalı minik avtomobilinin qabaq hissəsi yanıb. Qarajın, avtomobilin qalan hissəsi və qarajın içərisində olan digər avtomobil yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31