Gədəbəydə silsilə yanğının qarşısı alınıb
12 Oktyabr 2015 14:57 KriminalGədəbəy rayonunun Novosaratovka kəndində vətəndaşlara məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 198 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 98 kv.m sahədə, ona bitişik ümumi sahəsi 54 kv.m tövlənin dam örtüyü və yaxınlıqdakı həyətyanı sahəyə yığılmış 2 ton ot tayasının 200 kq yanıb. Evin, tövlənin və ot tayasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31