Bakıda 20 yaşlı qızdan 3 kq-dan artıq narkotik götürülüb

Bakıda Bərdə sakini olan qadından xeyli miqdarda narkotik vasitə götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü Mehriban Hüseynovadan 3 kq-an artıq qurudulmuş marixuana götürülüb. Faktla bağlı araşdırma aparılır.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31