Novxanıda gənc qız qanlı cinayət törətdi

Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayon sakini 1995-ci il təvəllüdlü Səringül Ramazanova tutulub. S.Ramazanova oktyabrın 10-da Novxanı qəsəbəsi ərazisində xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirdiyinə görə tutulub. Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31