Cəlilabad və Bərdə sakinlərindən narkotik maddə götürülüb
9 Oktyabr 2015 18:03 KriminalDİN-dən verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Əlzamin Kazımova məxsus "Mercedes" markalı avtomobilə baxış zamanı 1 kiloqram heroin aşkar edilərək götürülüb. Həmçinin Bərdə RPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Bəxtiyar Əliyevin yaşadığı evə baxış zamanı 2 kiloqram 168 qram marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31