Bank məhkəməyə verildi - 6 milyon dollarlıq iddia

"Bank Standard" QSC "Bank of Azerbaijan" ASC-ni məhkəməyə verib. APA-nın məlumatına görə, "Bank Standard" QSC 6 128 000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. Həmin qərardadla razılaşmayan "Bank Standard" apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də şikayəti təmin etməyib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31