Azərbaycanda məktəbliləri daşıyan avtobus qəzaya düşüb: xəsarət alanlar var
Azərbaycanda daha bir avtobus qəzası baş verib
7 Oktyabr 2012 23:31 KriminalBaş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Balakən rayonunda qeydə alınıb. Balakən rayonunda yerləşən İdman Olimpiya Kompleksində məşq edən gəncləri daşıyan "Mercedes" markalı mikroavtobus minik avtomobili ilə toqquşub. Nəticədə minik maşınının sürücüsü və mikroavtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb. Yaralılar Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hazırda hadisə yerində araşdırma aparılır.Hadisə şahidlərinin verdiyi məlumata görə, mikroavtobusda olan sərnişinlərin əksəriyyəti orta məktəb şagirdləri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31