Satışda qanunsuz dini ədəbiyyat aşkarlanıb

Lənkəran rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən oktyabrın 8-də şəhər ərazisində Rövşən Qasımova məxsus mağazaya baxış keçirilib. DİN-dən verilən məlumata görə, baxış zamanı mağazadan 97 ədəd qeydiyyatdan keçməyən ədəbiyyat aşkar edilib. Həmçinin Tərlan Məhərrəmova məxsus mağazaya baxış zamanı 39 ədəd və Ceyhun Cabbarova məxsus mağazaya baxış zamanı 66 ədəd Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən dini ədəbiyyatlar aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31