Şamaxıda təmir sexi yanıb

Şamaxı rayonunda vətəndaşa məxsus təmir sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 70 kv.m olan avtomobil təmir sexinin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31