Ürəyi tutan sürücü qəza törətdi (FOTO)

Hadisə Mətbuat prospektində baş verib

Sükan arasından ürəyi tutan sürücü qəza törətdi.ANS PRESS-in məlumatına görə, hadisə Mətbuat prospektinda baş verib."Mercedes" markalı avtomobilli idarə edən sürücü anidən ürəyi tutduğu üçün idarəetməni itirib.Mətbuat prospektində olan dairəni keçdikdən sonra maşın yol kənarında dayanan "Chevrolet Niva" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən avtomobil aşıb."Mercedes" isə yolun digər tərəfindəki dəmir arakəsmələrə çırpılıb. Avtomibilin sürücüsü 60-65 yaşlı kişi hadisə nəticəsində dünyasını dəyişib.Hadisə yerində Fövqaladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin (FHN) əməkdaşları ölən şəxsin meytini avtomobildən çıxarıblar.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31