Paytaxtda rəfiqəsi tərəfindən döyülən qadın çoxsaylı sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

Bakının Nəsimi rayonunda rəfiqələr arasında mübahisə qanlı sonluqla nəticələnib.APA-nın məlumatına görə, hadisə rayon ərazisindəki kafelərdən birində baş verib. 45 yaşlı Xatirə Babayeva işlədiyi kafedə rəfiqəsi tərəfindən döyülüb. Çoxsaylı sınıq xəsarətləri alan yaralı xəstəxanaya gətirilib.Həkim Xatirə Babayevanın vəziyyətinin az ağır olduğunu bildirib.Hadisə barədə polisə məlumat verilib.Faktla əlaqədar Nəsimi Rayon Polisi İdarəsində araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31