Axtarışda olan şəxs saxlanıb

Rusiyada axtarışda olan şəxs Sumqayıtda tutulub. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci (zorlama) və 132-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddələri ilə axtarışda olan Vüsal Bağırov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31