Evləri qarət edən ər və arvad tutulub

Bakıda silsilə oğurluqla məşğul olan dəstənin üzvləri saxlanıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səkinə Şabanovanın, Dilşad Abdullayevanın, Pərvanə Əliyevanın və Gülsüm Əliyevanın evlərindən oğurluq etmiş qrupun digər üzvləri - Gürcüstan vətəndaşı Ramil Bayramov və arvadı Larisa Acalova tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31