Qadının çantasını alan saxlanıb

Bakı şəhərində soyğunçuluq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da Gülşən İmamovaya məxsus içərisində mobil telefon, kosmetika və sənəd olan çantanı soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini Musa Babayev saxlanıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31