Tanışının evindən 2250 manat apardı
8 Oktyabr 2015 18:41 KriminalDİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də Masazır qəsəbəsində yaşayan Gülnar Muradovanın evindən 2250 manat və qızıl əşyalar oğurlamış tanışı Rəmzi Əliyev tutulub. Həmçinin Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-də Mirvahab Talıbovun mobil telefonunu oğurlamış Bakı şəhər sakini Vüqar Qasımov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31