Masallıda mebel sexi yanıb

Masallı rayonu, Tatyanoba kəndində vətəndaşa məxsus mebel sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə vətəndaşın həyətyanı sahəsində bir dam altında tikilmiş dəmir konstruksiyalardan ibarət, hal-hazırda fəaliyyət göstərməyən mebel sexinin yanar konstruksiyaları 390 kv.m sahədə, ümumi sahəsi 90 kv.m olan anbarın yanar konstruksiyaları və ümumi sahəsi 200 kv.m olan təsərrüfat otağının yanar konstruksıyaları yanıb. Yaxınlıqdakı yaşayış evi və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31