Xilasediclər sürücünün cəsədini çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Göygöl rayonu ərazisində "VAZ" markalı minik avtomobili qəzaya uğrayıb. Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alaraq nəqliyyat vasitəsində vəfat edib. Gəncə Regional Mərkəzinin xilasediciləri 1963-cü il təvəllüdlü Məmmədov Qəmşəddin Məhəmməd oğlunun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31