Şagirdin məktəbə gətirdiyi qumbara polisə təhvil verilib

Goranboy rayonunun Tapqaraqoyunlu kənd orta məktəbində şagird Ramil Şəmmədovun məktəbə gətirdiyi 1 ədəd "F-1" qumbarası müəllimlər tərəfindən alınmış və RPŞ-nin əməkdaşlarına təhvil verilib. DİN-dən verilən məlumata görə, araşdırmalar zamanı R.Şəmmədov izahatında həmin məktəbin şagirdi Emil Şirinovla birgə kəndin kənarında olarkən hərəsinin 1 ədəd qumbara tapmalarını bildiriblər. E.Şirinovun yaşadığı evə baxış zamanı 1 ədəd "F-1" qumbarası aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31