Şəki və Ağdam sakinindən narkotik vasitə götürülüb
7 Oktyabr 2015 17:01 KriminalDİN-dən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elşən Məmmədovun Turan qəsəbəsində yaşadığı evə baxış zamanı 4 kiloqram 50,53 qram marixuana aşkar edilərək götürülüb. Həmçinin Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıçoban kənd sakini Firdovsi Allahverdiyevin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 125 qram marixuana və 2 ədəd çətənə özəyi aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31