Mağazanı qarət edənlər tutulublar
7 Oktyabr 2015 17:00 KriminalZaqatala rayonunda pğurğuq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 2-də Nəsibə Məmmədovaya məxsus mağazadan 13000 rubl, tütün məmulatı, qızıl və gümüş əşyalar, habelə nəzarət kamerasının yaddaş qurğusunu oğurlamış şəhər sakini Elçin Rəşidov tutulub.Həmçinin Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də Xəyal Süleymanova məxsus mağazadan ərzaq məhsulları və geyim əşyaları oğurlamış şəhər sakinləri Əhəd Bağırov və Ramiq Mənəfbəyli tutulublar. Hər iki faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31