Çingiz Qənizadə illə Elşad Abdullayevi nə birləşdirir?
5 Oktyabr 2012 20:47 KriminalMillət vəkili Çingiz Qənizadə Strasburqda Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə görüşü ilə bağlı bəzi KİV-də yazılanlara münasibət bildirib."Qafqazinfo"ya açıqlama verən millət vəkili bütün bunları "boş söhbət" adlandırıb: "Bəzi saytlar Elşad Abdullayevlə görüşümlə bağlı ağıllarına gələni yazırlar. Bunlar hamısı boş söhbətlərdir. Əvvəla Elşad məni tapıb, mən onu yox. Görüşdə də tək olmamışam. Mətbuatda onunla bağlı cavab yazdığım üçün özü məni tapıb".Çingiz Qənizadə Strasburqda hakimiyyət nümayəndəsi kimi deyil, hüquq müdafiəçisi kimi iştirak etdiyini və Elşad Abdullayevlə aralarında gedən söhbətlə bağlı birinci gün açıqlama verəcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31