Nigar Yaqublunun cinayət işi üzrə istintaq başa çatdı
5 Oktyabr 2012 20:46 KriminalMüsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.Bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib. N. Kərimli bu gün cinayət işini araşdıran müstəntiqin istintaqın başa çatması haqqında məlumat verdiyini bildirib: "Bir neçə gün cinayət işinin materialları ilə tanış olacağıq. Daha sonra cinayət işi baxılmaq üçün məhkəməyə göndəriləcək".N. Yaqublu sentyabrın 11-də saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs- qətimkan tədbiri seçib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31