Bakıda liftdən çıxan qadını soydular
6 Oktyabr 2015 18:41 KriminalBakıda soyğunçuluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayon Polis İdarəsi, 35-ci Polis Bölməsinə müraciət edən Əsgərova Sevda Eynulla qızı bildirib ki, naməlum şəxs gecə saatlarında onu soyub. Qadın bildirib ki, saat 22 radələrində General Şıxlınski küçəsi 19 ünvanında yerləşən binadakı mənzilə getmək istəyərkən 5-ci mərtəbədə liftdən çıxarkən tanımadığı şəxs ona hücum edib. Qadına qarşı zorakılıq hərəkətləri edən həmin şəxs onun dəyəri 1000 manatdan artıq olan qızıl boyunbağısını və üzüyünü alarq uzaqlaşıb. Müraciət əsasında araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31