Daxili orqanında tiryək keçirmək istədi
6 Oktyabr 2015 17:51 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Natiq Əliyevin üzərində şəxsi yoxlama keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı onun daxili orqanından (düz bağırsağından) 4 ədəd bükümdə, xalis çəkisi 99,115 qram olan narkotik vasitə - tiryək, 2 ədəd bükümdə isə ümumi xalis çəkisi 17,163 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib. Faktla bağlı təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31