Oktyabrın 5-də Şirvan şəhərindəki mağazalardan birindən Şəhər Mühafizə Şöbəsinə "həyəcan" siqnalı daxil olub. DİN-dən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat tədbirləri ilə oranın dam örtüyünü sökməklə oğurluğa cəhd göstərmiş şəhər sakini İlham Zeynalov saxlanılıb. O, tutularaq Şəhər Polis Şöbəsinə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31