Şirvan sakinindən 8 kq marixuana götürülüb

Şirvan şəhər sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb. DİN-dən verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakinləri İlkin Atayevdən və Elxan Nəsirovdan 8 kiloqram 56 qram tiryək və 0,45 qram marixuana götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31