83 yaşlı ər 86 yaşlı arvadını öldürüb
6 Oktyabr 2015 17:23 KriminalZaqatala rayonunda ər arvadını qətlə yetirib. DİN-dən verilən məlumata görə, sentyabrın 18-nə keçən gecə Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşayan 83 yaşlı Səfər Səfərovun evinə tamah məqsədi ilə girmiş 3 maskalı şəxsin onun və arvadı, 86 yaşlı Xanpərinin əl-ayaqlarını və ağızlarnı yapışqanlı lentlə bağlayaraq evdə axtarış aparmaları, heç nə tapa bilməyib hadisə yerini tərk etmələri və Xanpərinin hadisə yerində ölməsi barədə verilmiş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşları tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə Xanpərinin Səfərovanın ailə münaqişəsi zəminində öz həyat yoldaşı Səfər Səfərov tərəfindən öldürülməsi müəyyən edilib və o, tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31