Gəncə şəhəri, Kəpəz rayonunda beşmərtəbəli inzibati binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, nəticədə binanın 5-ci mərtəbəsində dəhlizin döşəməsi 12 kv.m sahədə yanıb. Yataqxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31