“Mercedes” hasara çırpılıb, ölən və yaralanan var
6 Oktyabr 2015 13:50 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Nərimanov rayonu ərazisində "Mercedes" markalı minik avtomobili yol kənarındakı daş hasara çırpılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan 1 nəfər sərnişini yaralı halda və sürücü E.Həsənovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31