Bərdədə 3 otaqlı ev yanıb, 1 nəfər xəsarət alıb

Bərdə rayonu, Mirzəxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 58 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31