Təqsirləndirilən şəxs intihar edib
5 Oktyabr 2015 16:59 KriminalAzərbaycanda təqsirləndirilən şəxs özünü asıb. Hadisə oktyabrın 6-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasında qeydə alınıb. Belə ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Rauf İsmayılov saxlanıldığı təcridxanada özünü asıb. İntiharın motivi hələlik məlum deyil. Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31