Evinə qonaq gəldi, ev sahibini qanına qəltan elədi

Qusar şəhərində yaşayan Şahin Niftəliyevin evinə gəlmiş tanışı, rayon sakini Rəşad Abdulrəhimov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. DİN-dən verilən məlumata görə, kirayədə yaşayan həmyerlisi Zibeydə Hacıbəyovanı itələyərək yıxıb hadisə yerini tərk edib. Ş.Niftəliyev hadisə yerində ölmüş, Z.Hacıbəyova isə xəstəxanaya yerləşdirilib. Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Abdulrəhimov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31