Bakıda şadlıq sarayında dava: administrator xəstəxanalıq oldu

Binəqədi rayonunda yerləşən "Oğuzxan" şadlıq sarayında obyekt rəhbərliyi ilə toy edən şəxslər arasında dava düşüb. Bu barədə report-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib. Dava zamanı restoranın 30 yaşlı adminstratoru Roman Abbasov müştərilər tərəfindən döyülüb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31