Bakıda daha bir tikinti şirkəti məhkəməyə verildi
5 Oktyabr 2015 13:55 KriminalAzərbaycan Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamenti "R-Palace" Mənzil Tikinti Korporativini (MTK) məhkəməyə verib. Report-un xəbərinə görə, departament siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə iddia qaldırıb. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, "R-Palace" şirkəti çoxmərtəbəli binaların tikintisini həyata keçirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31