Qadının evindən oğurluq edən 3 gənc tutuldu
5 Oktyabr 2015 12:36 KriminalBakıda oğurluqla məşğul olan 3 nəfər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 13-də Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən 4 saylı yataqxanada yaşayan Tərlan Əhədovun mənzilindən, iyunun 28-ə keçən gecə Buzovna qəsəbəsi N.Əliyev küçəsində yaşayan Arzu Məlikovun və iyulun 5-də Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində yaşayan Sima Dəmirovanın evindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübəhli bilinən Kəngərli rayon sakini, 1986-cı il təvəllüdlü İslam Möhbalıyev, Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Rəhman Mirzəyev və 1992-ci il təvəllüdlü Nicat Cəbiyev tutulub. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31