Azərbaycanlı milyarder icra hakimiyyətini məhkəməyə verdi
5 Oktyabr 2015 11:31 Kriminal"Aznar" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göyçay Rayon İcra Hakimiyyətini məhkəməyə verib."Report"un xəbərinə görə, QSC icra hakimiyyətinin sərəncamının ləğv edilməsini tələb edir.İddiaya əvvəlcə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Məhkəmə iddianı təmin etməyib.
Şəki Apellyasiya Məhkəməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin aktını ləğv edərək yeni qərar qəbul edib.
İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq.
Qeyd edək ki, "Aznar" QSC-nin Müşahidə Şurasının sədri azərbaycanlı milyarder Fərhad Əhmədovdur. F.Əhmədov hazırda Rusiya Federasiyasında yaşayır."Aznar" QSC-nin ofisi Göyçay şəhərindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31