Çay evinin sahibi işçisini zorladı — BAKIDA

Bakıda fəaliyyət göstərən çay evlərindən birinin sahibi qadın işçisini zorlayıb. Zorlanan qadın isə polisə müraciət edib.

Nərimanov rayonu ərazisində A.M.Cümə küçəsi 1956-cı məhəllədə yerləşən çay evlərindən birinin sahibi öz işçisini zorlayıb.

Zorlanan Lənkəran rayon sakini, 1982-ci il təvəllüdlü Gözəl Alıyeva (ad şərtidir) polisə müraciət edib. O, hadisənin 2 ay əvvəl baş verdiyini deyib.

Qadın şikayətində ona qarşı zorakılıq edənin Hikmət adlı şəxs olduğunu deyib. Həmin şəxsin çay evinin sahibi olduğu bildirilir.

Nərimanov rayon Polis İdarəsində bu şikayətlə bağlı araşdırmalara başlanıb. (musavat)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31