Ömürlük məhkum ölüb
2 Oktyabr 2015 19:04 KriminalAzərbaycanda ömürlük həbs cəzasına məhkum edilmiş ölüb. APA-nın məlumatına görə, hadisə Ədliyyə NazirliyiPenitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Qobustan qapalı həbsxanasında cəza çəkən 1961-ci il təvəllüdlü Xanbala Məmmədovun səhhəti qəfildən pisləşib və müalicə müəssisəsinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq, X. Məmmədovu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31