Avtomobillərə qənim kəsliənlər ələ keçdi

Oktyabrın 1-nə keçən gecə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Sabirabad rayon sakini Kənan Məhərrəmova məxsus "QAZel" markalı avtomobildən akkumulyator oğurlanıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Nurlan Əsədov və Bakı şəhər sakini Nurlan Abdullayev tutulublar. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun sentyabr ayının 28-nə keçən gecə Bakıxanov qəsəbəsinin ərazisində qəsəbə sakini Elmar Bayramova məxsus "VAZ-2103" markalı avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31