Qadının evini qarət edən saxlanıb
2 Oktyabr 2015 17:28 KriminalCari ilin sentyabr ayının 10-da Hacıqabul sakininin evini qarət etmiş şəxs tutulub. DİN-dən verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fatimə Nəcəfovanın evindən 600 manat, qızıl və məişət əşyaları oğurlamış rayon sakini Ramil Əliyev tutulub. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31