Ehtiyatsızlıqdan həmkəndlisini güllələdi

Biləsuvar rayonunun Aranlı kəndinin otlaq sahəsində kənd sakini Şahəli İbayev tüfənglə ehtiyatsız davrandığından atəş açılmış və nəticədə həmkəndlisi Elvin Xudaverdiyev xəsarət almışdır. DİN-dən verilən məlumata görə, yaralı xəstəxanaya yerləşdirilib. Ş.İbayev könüllü olaraq Biləsuvar RPŞ-yə gəlmiş və "İJ-58" markalı ov tüfəngini təhvil verib. Faktla əlaəqdar araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31