Avtomobilin salonundan marixuana aşkar edilib

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Natiq Həsənovun idarə etdiyi "Audi S4" markalı minik avtomobilinə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı avtomobilin salonundan ümumi xalis çəkisi 0,37 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib. Faktla bağlı təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31