Bakıda inzibati bina yanıb
2 Oktyabr 2015 14:31 KriminalBakı şəhəri, Sabunçu rayonunda hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1500 kv.m olan ikimərtəbəli inzibati binada yanğın qeydə alınıb. Gövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə bunanın 1-ci mərtəbəsində taxta konstruksiyalar və içərisinə yığılmış məişət tullantıları 60 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31