Kürdəmirdə 1 otaqlı ev yanıb

Kürdəmir rayonu, Yenikənd kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı taxta və qamışdan ibarət ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31