Xaçmazda Mingəçevir sakini dünyasını dəyişib
1 Oktyabr 2015 16:28 KriminalDünyasını dəyişən 38 yaşlı Mingəçevir şəhər sakini Sevinc Qurbanova təxminən 6 ay imiş ki, Xaçmaz şəhərinin Qələbə küçəsindəki 5 saylı evdə kirayədə yaşayırmış. 9 gün əvvəl koma vəziyyətində reanimasiya şöbəsinə çatdırılan Sevinc Qurbanova xəstəxanada keçinib.ANS PRESS-ə Xaçmaz Polis Şöbəsindən verilən xəbərə görə, mərhumun ailəsini tapmaq və meyiti ailəsinə təhvil vermək məqsədi ilə Mingəçevir şəhər polis şöbəsi məlumatlandırılb. Amma dəqiq ünvan bəlli olsa da mərhumun ailəsindən, yaxınlarından heç bir xəbər çıxmayıb.Mərhumun meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaşmaz şöbəsində bir neçə gün saxlanılıb. Lakin meyitin sahibi çıxmadığından dəfnə qərar verilib.S. Qurbanova Xaşmaz məzarlığında sahibsiz kimi dəfn olunub. Yerli dindarlar Sevinc Qurbanovanın müsəlman adət-ənənəsinə uyğun olaraq torpağa tapşırıldığını deyiblər. Dəfn mərasimini birbaşa həyata keçirərək təşkilatçılıq etmiş Xaçmaz şəhər bələdiyyəsinin mətbuat katibi Turab Ələkbərov mərhumun sahiblərinin tapılması üçün ANS vasitəsilə onun ailəsinə müraciət eldib. Mərhumun qeydiyyatda olduğu ünvanı bir daha xatırladıb.Belə görünür ki, dəqiq ünvan bəlli olsa belə,ailəsi, qohumları mərhum Sevinc Qurbanovaya yiyə durmayıblar.Görəsən,niyə? Sualın cavabının ən doğrusunu Sevinc özü ilə qəbrə apardı.